Nadir Adilov BMT-nin Komitəsinə üzv seçilib
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) sentyabrın 14-də keçirilmiş iclası zamanı BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə seçkilər keçirilib.
“Minval.info” BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi saytına istinadən xəbər verir ki, seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Nadir Adilov Komitənin üzvü seçilib.
Qeyd edək ki, 1985-ci ildə təsis edilmiş sözügedən Komitə İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin Pakta tərəf dövlətlər tərəfindən icrasının monitorinqini aparır.
18 üzvdən ibarət olan Komitəyə ilk dəfədir ki, Azərbaycan nümayəndəsi üzv olaraq seçilir.
Qeyd edək ki, Nadir Adilov Nadir Adilman psevdonimi ilə Azərbaycan və bir çox ölkələrdə nəşr edilən kitabların müəllifidir. Onun biznes inkişafı üzrə yazdığı kitablar bestseller kitablar sırasında yer alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?