Nəzarətsiz çimərliklərdə təhlükə: 40 nəfərin faciəvi sonu və FHN-in çağırışı
Bu il çimərlik mövsümündə Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzarətində olan çimərliklərdə heç bir ölüm hadisəsi qeydə alınmayıb. Lakin nəzarətsiz ərazilərdə 40 nəfərin boğulması ilə nəticələnən faciəvi hadisələr baş verib.
Minval.info xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin verdiyi məlumata görə, dalğıc-xilasedicilər bu müddət ərzində sudaboğulma təhlükəsi ilə üzləşən 55 nəfəri xilas etməyə nail olublar.
FHN-in rəsmi açıqlamasında bildirilir ki, nəzarətsiz qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Nazirlik vətəndaşları yalnız təhlükəsiz və nəzarət olunan çimərliklərdən istifadə etməyə çağırır.
ƏLAQƏLİ
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb
Bakıda üzərindən maşın keçən ana və körpənin son durumu