Ən varlı kriminal avtoritetlərin adları açıqlandı – Bu siyahıda Azərbaycandan kmlər var
Rusiya Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, ölkə ərazisində 432 “qanuni oğru” var və onlardan yalnız 318-i aktiv fəaliyyətdədir. Həmin “qanuni oğru”ların 114-ü həbsdədir, 31-i istintaq təcridxanasındadır və istintaq davam edir, 19 “oğru” isə axtarışdadır.
Avropa.info “crimerussia”ya istinadən xəbər verir ki, ən çox “qanuni oğru” gürcü milliyyətindən olanlardır.
Hazırda 242 gürcü “qanuni oğru” var. Sonrakı yeri ruslar tutur və onların sayı 51 nəfərdir.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Erməni millətindən olan 30 “oğru”, yezidi kürd millətindən – 26, azərbaycanlılardan -16, abxazlardan-10, çeçenlərdən-10, yəhudilərdən isə 7 “qanuni oğru” var.
Siyasi qarşıdurmaya baxmayaraq, bu siyahının hazırlanmasında Rusiya DİN-ə Ukrayna DİN-də yardım edib. Hər iki ölkəni hüquq-mühafizə orqanları mövcud vəziyyətdə ən təhlükəli, güclü təsir imkanına malik və ən nəhayət varlı kriminal avtoritet kimi azərbaycanlı Nadir Səlifovu (Lotu Quli) hesab edir.
Rusiya və Ukrayna hüquq-mühafizə orqanlarının xəbərinə görə, Quli hər iki ölkədə güclü təsir imkanına malikdir.
Portalın yazdığına görə, azərbaycanlı “qanuni oğru”lardan İlqar Əliyev, Taleh Dağliyev, Emin Əhmədov, Zaur Şipilov, Əli Heydərov, Ülfət Tağıyev Rusiya həbsxanalrında həbsdədir. Hacıbaba Talıbxanlı və Yunus Nəzərov isə bir neçə ay öncə polis tərəfindən saxlanılıb. Yunus Nəzərov Özbəkistanda yaşayır. Dato Ağcəbədinskiy bir müddətdir ki, Ukraynada məskunlaşıb.
Ən varlı kriminal avtoritetlər Ən varlı “qanuni oğru”lara gəldikdə isə Quli, Yusif Şamxorskiy, Vaqif Diplomat, Albert Rıjiy və Rəşad Gəncinski ən varlı kriminal avtoritetlər hesab olunur. Onlar milyarder kriminal avtoritetlər sayılır.
Slavyan kriminal avtoritetlər arasında isə Sergey Aksenov (Aksen İzmaylovskiy), Vladimir Tyürin (Tyurik) hesab olunur. Digər kriminal avtoritetlərin varidatı bir neçə on milyonlarla ölçülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir