Nəsimi rayonunun şagirdləri hərbi-vətənpərvərlik düşərgəsində olub
2018-ci ilin 11-19 iyul tarixlərində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastavasının bazasında Bakı şəhərinin Nəsimi rayonu orta məktəblərinin 7-10-cu sinif şagirdləri üçün “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsi təşkil olunub.
Minval.İnfo DSX-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif silahlarla, hərbi texnika ilə tanışlıq, silahların sökülməsi və yığılması, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələlər, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələləri və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı, səmərəli və yaddaqalan edib.
Məktəblilər arasında mini futbol, voleybol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilmiş, axşam saatlarında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə musiqili-əyləncəli tədbirlər, düşərgənin yaxınlığındakı meşəlik əraziyə gəzinti, çay süfrəsi arxasında müzakirələr təşkil olunub, Azərbaycan kinomatoqrafçıları tərəfindən vətənpərvərlik mövzusunda çəkilmiş kinolentllər, Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətini əks etdirən sənədli filmlər və video-çarxlar nümayiş etdirilmişdir.
Yay hərbi vətənpərvərlik düşərgəsinə cəlb olunmuş şagirdlər üçün Qəbələ və Şəki rayonlarının tarixi, gəzməli və görməli yerlərinə, mədəniyyət ocaqlarına, “Qəbələnd” istirahət mərkəzinə ekskursiyalar, Qəbələ rayon mədəniyyət mərkəzinin incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunub.
İyul ayının 19-da “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsinin başa çatması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə Nəsimi rayon icra hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri iştirak ediblər. rol oynaması vurğulanmışdır.
ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Tədbirdə düşərgə dövründə müxtəlif yarışların qalibi olmuş şagirdlər mükafatlandırılıb, məktəblilərə xatirə hədiyyələri təqdim edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib
























