Nəsib Nura yeni vəzifə verildi

“Xəzər FM” və 100.5 FM radiolarının rəhbəri Nəsib Nur yeni vəzifəyə təyin edilib.
Minval.İnfo “Qafqazinfo”-ya istinadən xəbər verir ki, aparıcı açıqlamasında bildirib ki, “Dalğa TV”yə yaradıcılıq üzrə rəhbər təyin edilib:
“İş yerimiz “Xəzər Media Mərkəzi” olaraq qalır. “Dalğa TV” də həmin mərkəzə daxil olan bir qurumdur. Hazırda kanal formalaşmaq üzrədir. Mən də yaradıcılıq işlərinə və kanalın ümumi fəaliyyətinə məsul olacağam. Artıq bu gündən vəzifəmin icrasına başlamışam”.
N.Nur sözlərinə əlavə edib ki, “Dalğa TV”də yeni əcnəbi seriallar və filmlər Azərbaycan dilində yüksək keyfiyyətli dublyajla tamaşaçılara təqdim ediləcək.
Əldə etdiyimiz məlumata görə, “Xəzər FM” və 100.5 FM radiolarına isə uzun müddətdir ABŞ-da yaşayan Səxavət Nur təyin edilib. Sabah bu barədə təqdimat olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı