“Nə mühafizəçim olub, nə də qulluqçum” - Misir Mərdanov
Azərbaycanın sabiq Təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdənov “Space Tv”də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, Mərdanov qonaq olduğu verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb.
O, əvvəlcə oliqarx olmasıyla bağlı yayılan iddialara münasibət bildirib:
“Oliqarx olmamışam. Bunu heç arzu da etməmişəm. Həmişə sadə adam olmuşam. Bunu cəmiyyət yaxşı bilir. Hər zaman camaatın içində olmuşam. Heç bir zaman mühafizəçim olmayıb. Uşaqlarım digərlərinin övladlarından seçilməyib. Əgər belə adama oliqarx deyirlərsə, mən belə olmuşam. Evimizdə qulluqçu da olmayıb. Ataların bir misalı var, dad görməmişin əlindən. Biz həmişə görə-görə gəlmişik. Bu da dəyişməməyimin əsas səbəblərindən biridir”.
Bir müddət əvvəl YAP icra katibinin müavini Siyavuş Novruzovun eks-nazirlər barədə sensasiyalı açıqlama verərək, sabiq nazirləri xaricdə iqtidara qarşı mübarizə aparanları maliyyələşdirməkdə, milyardlar qazanmaqda, mövcud hakimiyyətin mövqeyini müdafiə etməməkdə günahlandırıb.
Misir Mərdanov bu məsələyə də münasibət bildirib:
“Mənim fikrimcə orada heç bir həqiqət yoxdur. Bu məsələyə münasibətimi bildirmişəm. Bunun mənə aidiyyatı yoxdur. Çünki nə altımda, nə də üstümdə milyardlarım olub. Həmişə mövqeyim aydın olub. Məncə, çox danışmaqdansa, çox iş görmək lazımdır”.
Mərdanov nazir postundan getməsindən də söz açıb:
“Bunu özümə qətiyyən dərd hesab etmədim. Bir adam vəzifədə nə qədər işləyə bilər? Məni dəvət etdilər. Dedilər ki, sən özün vəzifədən getmək üçün dəfələrlə müraciət etmisən. Həqiqətən də müraciət etmişdim. Bildirdilər ki, vəzifədən getməyin qərara alınıb. Mən də təşəkkürümü bildirdim. Getdim işə, bir dənə çantam var idi, onu götürüb evə yollandım. Mən nazir vəzifəsində BDU-nun rektorluğundan getmişdim. BDU-da rektor olmaq heç də nazir vəzifəsindən geri qalmır. Mən necə idimsə, elə də qalmışam”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ səfirliyi azərbaycanlılara müraciət etdi: “Ehtiyatlı olun”
Azərbaycandan Türkiyəyə səfər edən turistlərin STATİSTİKASI açıqlandı
Zakir Qaralov bu rayona prokuror təyin etdi
Temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Kür çayının səviyyəsi artdı
Sərnişinlərin diqqətinə: Daha bir avtobus kart sisteminə keçdi
Naxçıvandan ŞOK XƏBƏR: Generalın qızı qumarda “Mersedes” uduzub?