"Nə icra başçısı, nə millət vəkili bu uşağa kömək etdi"
“Sosial şəbəkələrdə şəxsi məsələlərimi paylaşmağı sevmirəm. Amma gördüyümüz bu 12 yaşlı balaca oğlan 2 ay öncə Tovuz rayonunda yerləşən Yusif Sadıqov adına məktəbdən dərs bitdikdən sonra evə gedərkən məktəbin həyətində açıq vəziyyətdə olan elektrik naqilinə dəyərək od tutub yanıb”.
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytəkin Mərdanova sosial şəbəkədə yazıb. O, bir neçə müddət əvvəl ailəsində baş verən faciəni izləyiciləri ilə bölüşüb:
“Allahın möcüzəsi bu balaca oğlanı sağ saxlasa da, aidiyyəti qurumlar heç bir köməklik etmədilər. Şəxsən özüm Tovuz rayonu icra başçısına, millət vəkilinə ən yaxın insanları vasitəsi ilə köməklik etmələriylə bağlı söz göndərsəm də, heç bir reyaksiya görmədim. Nədənsə, kimsə həyatdan gedəndə hamı özünü mərhəmətli göstərir. İnsanlara sağlığında kömək etmək lazımdır.
Uşaq mənim doğmam, dayımın nəvəsidir. Kimlərinsə məsuliyyətsizliyi üzündən ömrüboyu şikəst qaldı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?