"Ən böyük arzum Qarabağda qurban kəsməkdir" — AKP rəsmisindən açıqlama

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı, hakim “Ədalət və İnkişaf” partiyasının (AKP) komissiya sədri Mustafa Kabaqçı müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
AKP rəsmisi “Ölkə.Az”a açıqlamasında Türkiyə və Azərbaycana eyni gözlə baxdığını söyləyib.
O, Azərbaycan Prezidentinə və xalqına firavanlıq arzu etdiyini deyib.
M.Kabaqçı bildirib ki, Azərbaycan və Türkiyə əkiz qardaşlardır:
“Mən ürəyim həm Türkiyə, həm də Azərbaycanla döyünür. Qardaş Azərbaycan mənim ikinci Vətənimdir. Millətimiz də eynidir. Biz eyni tarixi kökə bağlıyıq. Ona görə də Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir. Eynilə Türkiyə də Azərbaycan üçün elədir”.
Sabiq deputat Azərbaycanın erməni işğalı altında olan torpaqları ilə bağlı da ürəyindən keçən arzularını dilə gətirib:
“Bu gün həm Türkiyədə, həm də qardaş Azərbaycanda Qurban bayramı qeyd olunur. Ancaq mənim ən böyük arzum Qarabağda və işğal altında olan digər Azərbaycan torpaqlarında qurban kəsməkdir. Allah mənə bu günü görmədən dünyadan köçməyi nəsib etməsin! Qarabağ tarixi türk torpaqlarıdır. İnşallah gec-tez Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad edəcək”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı