Müşfiq Abbasovun "Şeytanın siması" kitabı çap olundu
Müşfiq Abbasovun “Şeytanın siması” kitabı çap olundu
QANUN nəşriyyatı tərəfindən yazıçı Müşfiq Abbasovun “Şeytanın siması” kitabı çap olunub.
Minval.info xəbər verir ki, uzun müddət prokurorluq orqanlarında çalışmış yazıçının real hadisələr əsasında yazdığı romanı həyacansız oxumaq mümkün deyil.
Romanda hörmətli bir ailənin gəlininin üç nəfər tərəfindən zorlanması, cinayətkarların hiyləgərcəsinə gizlənməsi, istintaq orqanının peşəkarlığı nəticəsində onların ifşa olunması, lakin əsərin qəhrəmanlarından birinin fərqli qisas planları və s-dən geniş bəhs olunur.
Kitab yalnız yetkinlik yaşına çatmış şəxslərin oxuması üçün nəzərdə tutulub. Kitabı yalnız Hüquq Ədəbiyyatı Mağazasında əldə edə bilərsiniz.
Qiyməti 12 AZN.
Ünvan: Tarqovu, Nəsimi heykəlinin yanı, L.Tolstoy küçəsi 191. tel: 498-13-14,
Qeyd: Müəllifin “-4” və “Qan haqqı” kitablarını da həmin mağazadan ala bilərsiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi