Musa Qasımlı: “İnsanlara, sahibkarlara işləmək imkanı yaradılmalıdır”
“Dövlət büdcəsi bu yükü sona qədər çəkə bilməz, əks təqdirdə bunun fəsadları ola bilər, prezidentin rəhbərliyi ilə başlanmış və davam edən islahatlara kölgə düşər. Ona görə də karantin qaydalarına əməl etməklə, insanlara, sahibkarlara işləmək imkanı yaradılmalıdır”.
Deputat Musa Qasımlı bu fikirləri Milli Məclisdəki büdcə müzakirələrində söylədi. Deputat bildirdi ki, büdcədən ayrılan hər qəpiyə qənaət edilməlidir: “Soruşulmalıdır, bir körpü hansı fantastik məbləğə tikilir, kimlər orda israf edir?”
M.Qasımlı son vaxtlar Azərbaycan ordusuna, polisinə, dövlət təhlükəsizlik xidmətinə, bu qurumların rəhbərliyinə xaricdən çamur atılmasını da təsadüfi saymadı. Deputat dövlət tərbiyəsi olmayan insanların hüquq mühafizə orqanlarında rəhbər vəzifələrə təyin olunmasını yolverilməz saydı və bunun ciddi fəsadlarının ola biləcəyini qeyd etdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi