Müqəddəs yerlərə ziyarəti vahid qaydalar əsasında həyata keçiriləcək
“Nəzərdə tutulur ki, İslama aid olan digər müqəddəs yerlərə ziyarətlər də kollektiv şəkildə, məhz Həcc ziyarətində olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilsin”.
Bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, bəzən bu yerlərə ziyarətləri hansısa bir şirkət və ya turist qrupu təşkil edir: “Həmin adamlar da orada problemlərlə üzləşir, bəzən geriyə qayıda bilmir, orada təhlükəsizlik və nəqliyyatla bağlı tədbirlər kifayət qədər yüksək səviyyədə təşkil olunmur və nəticədə xoşagəlməz hadisələr baş verir. Ona görə də belə bir təşəbbüs var ki, bu cür ziyarətlər də QMİ-nin himayəsi altında həyata keçirilsin. Bu məsələnin üzərində iş gedir”.
“Bununla əlaqədar “Dini etiqad azadlığı haqqında” Qanuna müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də var. Həmin təkliflərə baxıldıqdan sonra Həcc ziyarəti ilə yanaşı İslama aid digər müqəddəs yerlərə də ziyarətlərin təşkili xüsusi qaydalar əsasında baş tutacaq. Vətəndaşların bu müqəddəs yerlərə ziyarəti vahid qaydalar əsasında həyata keçirilmiş olacaq. Milli Məclis tərəfindən həmin təkliflərə baxılıb qəbul edildikdən sonra dediyimiz çərçivədə həll edilməsi imkanı yaranacaq”, – deyə M. Qurbanlı bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın olub
İctimai birliyin sədrinə 4 il həbs cəzası istənildi - Bakıda
Bakıda dəhşət: qatarın altında qalıb öldü
Müğənni aparıcının geyimini tənqid etdi: Yaşınıza yaraşdırmadım - VİDEO
İlham Əliyev 4 sərəncam imzaladı
Bakıda 2 yeni metro stansiyası açılacaq
Sumqayıtda 36 yaşlı kişi borca görə intihar etdi