Müğənnilərimizin saxtakarlığı - Milyonlara inanmayın... - SÜBUT
Son illər “Youtube”da aktivləşən, öz PR-larını sosial şəbəkələr vasitəsi ilə aparan azərbaycanlı müğənnilərin sayı artmaqdadır. Eyni zamanda, sənətçilərin layihələrinin “Youtube”də 2-3 milyonu aşması müşkül məsələdir.
Lakin onlar arasında yüksək baxış toplayanların sayı az deyil. Bu isə nəinki dinləyicilərin, hətta rəqib ifaçıların özləri tərəfindən şübhə ilə qarşılanır. Təsadüfi deyil ki, şou üzvləri dəfələrdə bir-birilərini baxış sayını saxta yolla artırmaqda ittiham ediblər.
Artıq bəzi sənətçilər mahnıların hit olub-olmamasını, toy bazarlarındakı qiymətlərini baxış sayı ilə ölçürlər. Bu məqamda bildirək ki, “fake” baxış sayının birbaşa arıtırlmasında təkcə sənətçiləri ittiham etmək düzgün olmaz. Bəzən müğənnilərin PR və texniki işçiləri onlardan xəbərsiz belə bir addım atırlar. Onlar əməkdaşlıq etdiyi ifaçıların PR işini uğurlu həyata keçirdiklərini sübut etmək üçün bunu edirlər.
Məsələn, bütün klipləri sosial şəbəkədə 2-3 milyon baxış toplayan Sevil –Sevinc Səfərovaların son təqdim etdikləri “Dərdin nədir” layihəsi 3 milyon 739 min 423 nəfər göstərsə də, real izlənmə sayı 1 milyon 109 min 450 nəfərdir.
https://www.youtube.com/watch?v=mFbAChEYdTc
Bundan əlavə, son zamanlar sosial şəbəkələrdə ulduza çevrilən Damlanın “Fırtına” klipi də “fake”dir. Belə ki, “Youtube”ə 3 milyon 991 min 987 nəfər göstəricisi olan ekran işini,əslində, 836 min 791 nəfər izləyib.
https://www.youtube.com/watch?v=dwhLpgLqbco
Miri Yusif də bu yola əl ataraq “Oyna” klipində baxış sayını artırıb. Belə ki, layihənin “Youtube” izləyicisi 2 milyon, 254 min, 161 nəfər göstərsə də, real izlənmə sayı 1 milyon 73 min 21 nəfərdir.
https://www.youtube.com/watch?v=6kWVTU3fJHk
Ən çox “fake” izləyici toplayan müğənnilərdən biri Şəbnəm Tovuzludur. Onun “Sevdiyim adamdır” klipinin real baxış sayı 819 min 308 nəfərdir. Lakin “Youtube”da 3 milyon 327 min 496 nəfər göstərir.
https://www.youtube.com/watch?v=xzESqdszA3g
Böyük fanat kütləsi olan Talıb Tale də bu üsula əl atıb. Belə ki, sənətçinin “Balım” klipi sosial şəbəkədə 9 milyon 690 min 980 nəfər göstərir. Lakin klipin real baxış sayı 3 milyon 104 min 890 nəfərdir.
https://www.youtube.com/watch?v=h1Uj5TXcsZs
Bundan əlavə, 1 milyondan artıq real baxış toplayan məşhurlar da az deyil.
Xalq artisti Aygün Kazımovanın “Sus” (1.253.491), əməkdar artist Röya Ayxanın “Səndən başqa” (1.740.800 baxış sayı), Günay İbrahimlinin “Ürəyimin qatili” (1.055.598) mahnıları, Nadeer, Rəhim Rəhimli və Ramil Nabranın “Basdalama” duetləri (6.365.473) real baxışlardır.
Qafqazinfo.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"