06.08.2020 - 14:36
Ordu
18 baxış
Müdafiə Nazirliyi: Valideynlərin andiçmə mərasimində iştirakı qadağandır
Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.
Bu barədə “Minval.info”ya Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.
“Vətəndaşlarımızdan bu qərara anlayışla yanaşmağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik”, – nazirlikdən bildirilib.
Açar sözlər:
#andiçmə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
06.10.2026 - 16:48
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
05.10.2026 - 19:06
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
02.10.2026 - 11:32
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
02.10.2026 - 08:37
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
01.10.2026 - 19:12
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
01.10.2026 - 17:48
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib
01.10.2026 - 14:18
Azərbaycanın yeni PUA-ları: "BARS" və "Qartal" təqdim olundu
30.09.2026 - 19:03