“Müdafiə naziri arada hospitala gedib orada müalicə olunsun”
Deputat Aqil Abbas Müdafiə Nazirliyinin Hərbi Hospitalının fəaliyyətini tənqid edib.
A. Abbas deyib ki, tez-tez mətbuatda qazilərin şikayətlərini eşidir: “Həmin qazilər hərbi hospitala rayonlardan gəlirlər. Avtobus da işləmir, məcbur taksiylə gəlirlər. Hospitalda bir dənə resept yazırlar və deyirlər ki, dərmanları özünüz alın.
5 aydır müharibə bitib. Bəzilərinə hələ də əlillik verilməyib. Hansı pulla alsınlar?! Hərbi hospitalın da fəaliyyəti qənaətbəxş deyil. Bir az müalicə edən kimi deyirlər gedin evə.
Halbuki Daxili İşlər Nazirlyinin Hospitalında bu cür məsələlər yaxşıdır. Müdafiə Nazirliyi ən çox vəsait ayrılan təşkilatdır. Üstəgəl, ora vətəndaşlar tərəfindən ianələr də olur. Niyə Müdafiə Nazirliyinin hospitalı qazilərlə ciddi məşğul olmur? O boyda hospital tikilib.
Niyə bu cür hospitalda müalicə əvəzinə qazilərimizi xaricə göndərirlər? Deməli, orada həkim korpusunu gücləndirmək lazımdır. Müdafiə nazirindən xahiş edirəm ki, arada hospitala gedib orada müalicə olunsun”.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
“Qafqazinfo”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026