Mübariz Qurbanlı: Vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu da onun öz seçimidir
Azərbaycanda “Dini etiqad azadlığı” haqqında qanun birbaşa vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, “Dini etiqad azadlığı” haqqında qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Dini mərasimləri tənzimləyən qanunlarımızda vətəndaşların hər hansı bir dini ibadət yerinə – məscidə, kilsəyə, o cümlədən, sinaqoq və ya digər ibadət yerinə getməsi onun azad seçimidir. Vətəndaş istəsə, gedər, istəməsə, getməz. Azərbaycanda “Dini etiqad azadlığı” haqqında qanun birbaşa vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir.
Azərbaycan çoxkonfessiyalı ölkədir, 14 kilsə, sinaqoqlar və digər dinlərə aid olan ibadət yerləri var. O cümlədən, ölkəmiz İslam dininə etiqad edən dünyəvi dövlətdir. Bizdə 2500-dən çox məscid var ki, bunun da hazırda 1500-1600-ü fəaliyyət göstərir”.
M.Qurbanlı bildirib ki, Azərbaycanda dini mərasimlərə dini bayramlar, hüzr mərasimləri daxildir:
“İslama görə məscidlərə gəliş sərbəstdir. İslam dininin qadağa qoymadığı məsələ yoxdursa, dövlət buna qarışmır. Ona görə də vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu da onun öz seçimidir.
Sadəcə olaraq,biz tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdılar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda