Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qaloş piri” ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, o, Goranboyda qeydə alınan həmin görüntülərin təəssüf hissi doğurduğunu deyib:
“Komitənin orada daimi olaraq bu cür tədbirlərin keçirilməsi ilə bağlı məlumatı yox idi. Bizim qurumun yerli şöbəsi həmin məkanda araşdırma aparıb, adamlara izah və xəbərdarlıq olunub ki, bu cür hərəkətlər qanunazidd və xurafatdır. Əminəm ki, onlar da müəyyən nəticə çıxarıblar və bu hal təkrar olunmayacaq”.
M.Qurbanlı əlavə edib ki, burada xurafat elementinin olması insanların müəyyən məsələləri kifayət qədər bilməməsindən irəli gəlir:
“Çünki bilirik ki, insanın sağlam olması öz əlindədir və səhhətində problem varsa, həkimə getməlidir. Zaman-zaman bu cür hadisələr, xurafat elementləri başqa ölkələrdə də rast gəlinir. Təbii ki, bunlar olmamalıdır. Bunun da qarşısını almaq üçün maarifləndirici iş görməli, vaxtında insanlara xəbərdarlıq edilməlidir ki, bu cür hərəkətlər qanunaziddir.
Əslində, bu, dini fəaliyyət deyil. Bunu dinlə bağlamaq düzgün deyil. Biz üzərimizə düşən öhdəliyi bilirik və lazımi tədbirləri görürük”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edilib
Azərbaycanlılar Saakaşvilini aclığı dayandırmağa belə çağırdılar - Foto
Sabah bu ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda saxlanılan erməni əsir Paşinyana müraciət edib - FOTOFAKT
Bakı Metropoliteni" ilə bağlı vacib əmr
Göygöldə mal-qara oğruları saxlanılıb