Mübariz Mənsimov mərhum aktrisanın ailəsinə ev bağışladı
Xanım Qafarovanın ailəsinə yeni mənzil hədiyyə olunub.
Minval.İnfo xəbər verir ki, bu barədə Kulis.az-a millət vəkili Qənirə Paşayeva məlumat verib.
Onun sözlərinə görə azərbaycanlı iş adamı, Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov aktrisanın yararsız şəraitdə yaşayan ailəsinin – qızının və anasının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlara şəhərin mərkəzində mənzil hədiyyə edib:
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
“Mərhum aktrisamız Xanım Qafarovanın mənzil şəraitinin yaxşılaşdırılması üçün müvafiq qurumların hamısına müraciət göndərmişdim. Azərbaycanlı iş adamı Mübariz Mənsimovdan da xahiş etmişdim ki, belə bir ailəmiz var, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etsin. O söz vermişdi ki, yaxın zamanlarda onların mənzil şəraitinin yaxşılaşdırılmasına əlindən gələn kömək edəcək və ailədən uyğun bir mənzil seçməsini istəmişdi. Sağ olsun, Mübariz müəllim sözünün üstündə durdu. Ona mənim təşəkkürlərimi çatdırmağınızı xahiş edirəm. Mən bu məsələni bir çox iş adamlarına demişdim. Amma bir tək Mübariz müəllimdən cavab ala bildik. Yaxın iki həftə içərisində Xanım Qafarovanın ailəsi o evə köçəcək. ”
Mərhum aktrisanın anası Gövhər xanım isə xəbərdən sevindiyini bildirib:
“Deyirlər ki, bizə ev bağışlanıb, həm də indi yaşadığımız yerə yaxındır. Amma hələ evi görməmişik. İnşallah, deyilənlər düz olar. Evə köçəcəyimiz günü gözləyirik.”
Xatırladaq ki, bu günlərdə APA TV-nin “Show time” verilişi mərhum aktrisa Xanım Qafarovanın ailəsinin yaşadığı evdən süjet hazırlamışdı. Süjetdə aktrisanın ailəsinin – 8 yaşlı qızının və yaşlı anasının əvvəlki şəraitsiz, nəm çəkmiş, keçmişdə qaraj olmuş tikilidə yaşadıqları görünürdü.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir