MTRŞ üç milyon manatı bu kanallar arasında böləcək – SİYAHI
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dan verilən məlumata görə, iclasda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış üç milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider” TV, “Xəzər” TV, ATV, ARB TV, “Space” TV) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xəzər TV-nin rəhbəri işdən çıxarıldı
Mahir Məmmədlidən İlham Əliyevə xüsusi minnətdarlıq
Əflatun Amaşov: "Biz Azərbaycan mətbuatının patriarxını itirmişik"
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO
Tanınmış aparıcıya vəzifə verildi