Mövlud Çavuşoğlu: İraq PKK-dan tam təmizlənənədək lazımi tədbirlər davam edəcək
Türkiyə ilə ABŞ-ın hərbi birləşmələrinin Suriyanın Münbiç bölgəsində həyata keçirdiyi xüsusi antiterror əməliyyatı qrafikə uyğun davam edir. Əməliyyat nəticəsində YPG/PKK terror təşkilatı bölgədən çəkilib. Münbiç terrorçulardan təmizlənəndən sonra əməliyyatlar başqa bölgələrə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Anadolu agentliyinə müsahibəsində məlumat verib. Nazir vurğulayıb ki, İraq PKK-dan tam təmizlənənədək lazımi tədbirlər davam edəcək.
Nazir, həmçinin iyunun 24-də ölkədə keçirilmiş növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin nəticələri, Avropa Birliyi ilə münasibətlər, ABŞ-ın bölgə dövlətləri ilə bağlı qərarları, həmçinin Türkiyənin Rusiyadan almaq istədiyi “S-400” müdafiə sistemi və s. məsələlərə dair sualları cavablayıb.
Terrorçuluqla mübarizədə qətiyyətli olduqlarını diqqətə çatdıran Mövlud Çavuşoğlu bildirib ki, PKK terror təşkilatının simvollarının təbliğini qadağan edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilər Əl-Moxa liman şəhərini ələ keçirdi
Əli Əsədov səfərbərlik ehtiyatları qərarını imzaladı
Trampdan Talibana: 7 milyardlıq silahı qaytarın!
Paşinyan qorxur: Rusiya-Ermənistan münasibətləri gərgin qalır
Türkiyə-İsrail gərginliyi: Suriyada toqquşma riski artır
Kadırovdan saqqal və çadra çağırışı: Dəyişim!
Sinqapur baş nazirinin maaşı 60% artdı