Moskvada həmyerlilərimizin bazarlarında polis reydləri - "İçəri girmirlər, girəcəkdə yoxlamalar aparırlar"
Qod Nisanovla Zarah İliyevin qəzəbə gəlməsinin səbəbi bilinmir
Rusiya Daxili İşlər Nazirliyi və milli qvardiyanın əməkdaşları martın 12-də səhər saatlarından etibarən paytaxt Moskvanın ən böyük bazarı olan “Fud Siti”də reydə başlayıb. Kaluqa şossesinin 22-cü kilometrliyində bazara giriş-çıxışlar bağlanıb. Azərbaycan əsilli iş adamları, Qod Nisanov və Zarah İliyevə məxsus bazarda yoxlama ilə bağlı ziddiyyətli məlumatlar var.
“İçəri heç kim buraxılmır, bazarın ərazisində polis əməkdaşları reyd keçirir və qeydiyyatsız xarici vətəndaşları axtarır”,- deyə “TASS”-ın məlumatda qeyd olunur. Buna qədər martın 11-də yerli polis “Moskva” ticarət mərkəzi və “Sadovod” bazarında reyd keçirib və onlarla qeyri-leqal əmək miqrantı saxlanılıb. Rusiya və Azərbaycan mətbuatında iddialar var var ki, bazarlarda yoxlamalar sahiblərinin Rusiya rəhbərliyinin qəzəbinə gəlməsindən qaynaqlanır. “Yeni Müsavat” “Fud Siti”də çalışan həmyerlilərimizdən biri ilə əlaqə saxlayıb.

ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
İş adamı deyib ki, bazarın daxilində hər hansı bir yoxlama aparılmır: “Fud Siti”nin 5 qapısı var. Hər girişdə 5-6 avtobusda polislər və “Rosqvardiya” əməkdaşları var. Olduqca mədəni şəkildə sənədləri yoxlayır, sənədləri qaydasında olan şəxslərə heç bir irad bildirmədən, nəzakətlə yola salırlar. Sənədlərində problemlər olanlar miqrasiya xidmətinə təhvil verilir. Ərazidə hər hansı bir əməliyyat aparılmır. Yalnız girəcəklərdə sənədləri yoxlayırlar”.

Həmsöhbətimiz qəfil sənəd yoxlanışının səbəbi haqda bunları deyib: “2 gündür ki, “Sadavod”da, “Lyublyana”da da yoxlamalar aparılır. Belə xəbər var ki, “Sadovod”da dava olub, yoxlamalar bununla bağlıdır. Bəlkə başqa səbəblər də var, səbəbini bazarda dəqiq bilən yoxdur. Bazarda iş əvvəlki qaydada gedir, heç kimlə işləri yoxdur”.

Martın 12-də günün 2-ci yarısında “Fud Siti” yaxınlığında polis postları seyrəlib, yoxlamalar pal-paltar satılan “Kitay” bazarında və əsasən həmin bazarın satıcılarının məskunlaşdığı mehmanxanada davam etdirilib. “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, həmin bazarda çalışanların çox az bir hissəsi azərbaycanlılardır. Bazarda əsasən Çindən gələn miqrantlar alverlə məşğul olurlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
