Aprelin 28-də axşam saatlarında Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində üzərində xəsarət izləri olan meyiti tapılıb.

Minval.İnfo” xəbər verir ki, kənd sakinlərinin modern.az-a verdiyi məlumata görə, qətli törədən şəxsin kimliyi məlum olub.

Belə ki, dəhşətli cinayəti həmin kənddə yaşayan və mərhum Z. Fərziyevanın qonşusu, Lerikin tanınmış din xadimlərindən biri Murad Əsgərov adlı şəxs törədib.

Məlumatda bildirilib ki, molla Murad Əsgərov qonşuluqda yaşayan Z.Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə mənzilə girib və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. 3 uşaq anası olan Z.Fərziyeva qışqırmağa başlayıb və “evə oğru girib” deyərək qonşularını köməyə çağırıb. Qadının qışqırdığını görən M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsərək, onu amansızlıqla qətlə yetirib.

Kənd sakinləri bildirib ki, M.Əsgərov ötən gün polis tərəfindən saxlanılıb.

Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən Z.Fərziyevanın yoldaşı Rusiyaya işləməyə gedib, bir oğlu isə Vətən Müharibəsinin iştirakçısıdır və hazırda Şuşada hərbi xidmətdədir.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qətlə yetirilən Z.Fərziyevanın üç övladından heç biri Vətən Müharibəsində iştirak etməyib. Oğlanlarından biri E.Fərziyev 2020-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb və hazırda Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmətini davam etdirir.