Moldova da Qarabağ münaqişəsinin həllinə girişdi
Moldova Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi “GUAM məkanındakı uzunsürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri barədə” birgə qətnaməsini BMT-nin Baş Assambleyasının növbəti iclasında irəli sürəcək.
Bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi 2018-ci il üçün ölkənin GUAM sədrliyi ilə bağlı bəyanatında bildirib.
Bəyanatda deyilir ki, həmçinin Moldova GUAM Azad Ticarət Zonasının fəaliyyətini təmin etməyə və təşkilatın investisiyaya açıq bir platformaya çevrilməsinə çalışacaq.
İqtisadi prioritetlər çərçivəsində, Moldova iqtisadiyyat, nəqliyyat, energetika, enerji təhlükəsizliyi, turizm sahələrində GUAM-ın sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üzrə Fəaliyyət Planı əsasında əsas sahələr üzrə qarşılıqlı əlaqələri aktivləşdirməyə, GUAM-ın nəqliyyat və tranzit potensialını artırmağa, habelə GUAM nəqliyyat dəhlizinin inkişaf konsepsiyasını həyata keçirmək üzrə müvafiq Fəaliyyət Planını hazırlamağa çalışacaq.
Moldova həmçinin GUAM + formatında, xüsusilə də Avropa İtifaqı və ATƏT ilə beynəlxalq əməkdaşlığı gücləndirmək və genişləndirmək, “ənənəvi” tərəfdaşlar – ABŞ, Yaponiya və Vişeqrad qrupu ilə konstruktiv dialoqun təşviqini davam etdirəcək.
Qeyd edək ki, GUAM da sədrlik Moldovaya yanvarın 1-dən keçib. (Trend)
ƏLAQƏLİ
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahunun oğlu İsraildəki ərəb partilərini tənqid etdi
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Ərdoğan: Türk dünyasının ailə fotoşəkilində ayrılığa yer yoxdur
Paşinyan istefa üçün şərtini açıqladı
Mahmud Abbasın Yunan Kiprinə səfəri: siyasi əlaqələrdə yeni dönüş
İsraildə kritik seçki sonrası siyasi düyün: son vəziyyət
Rusiya Afrikada səfirliklərin sayını 48-ə çatdırıb