MN: İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır- VİDEO
“İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı “geniş miqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır”.
Minval.info-nun xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
“Bildiririk ki, dəfələrlə olduğu kimi, qarşı tərəf bu dəfə də cüzi sayda şəxsi heyət və texnikanı cəlb etməklə keçirdiyi məşğələni “geniş miqyaslı” təlim kimi təqdim etməyə çalışır.
Düşmən tərəfinin təlimlərə guya 10 min şəxsi heyət və çoxlu sayda döyüş texnikası cəlb etməsi barədə yaydığı məlumatın tam əksinə olaraq təqdim edilən videodan da görünür ki, ermənilər həmişə olduğu kimi yenə də özünəməxsus saxtakarlıq etməklə öz ictimaiyyətini aldadırlar”, – deyə, nazirlikdən bildirilib.
https://www.youtube.com/watch?v=bQcfPCnuuT4
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib