16.07.2020 - 16:14
Ölkə
2 baxış
MN-dən D-30 topları ilə bağlı açıqlama
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.
Mİnval.info xəbər verir ki, onun sözlərinə görə, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır:
“Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Belə davam etsə, Rusiyadakı vətəndaşlarımız geri qayıdacaq... - Ekspert
28.04.2022 - 12:11
Sürücülərə şad xəbər: Cərimələr silindi
17.01.2018 - 21:17
Azərbaycanda deputatların maaşı artdı – 5 mindən 7 minə qədər
06.03.2019 - 16:50
Kiyevdən qaçan səfirin oğlu Türkiyədə kef edir
13.04.2022 - 15:00
Yol polisindən “1 manatlıq taksi”lərə bəd xəbər
16.09.2019 - 17:48