Misir piramidalarının ilk araşdırmaçıları — Onlar nə axtarırdılar?

Dünyanın 7 möcüzəsindən biri də Misir piramidalarıdır. Tarix boyu bu sirli tikililər tədqiq edilsə də, bu günə qədər onların sirri açılmayıb. Bir çox tarix kitablarında piramidaların 18-ci əsrdən sonra tədqiq edildiyi yazılır. Amma əslində bu belə deyil. Misir piramidaları ilk dəfə Xilafət dövründə tədqiq edilib.
Bu barədə məlumatı “Ölkə.Az”a tarixçi-alim Əkbər Nəcəf verib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Xilafət dövründə Misirdə dəfinə axtaranlara mutalib adı verilirdi. Misir piramidalarında ilk köklü araşdırma Xəlifə Məmun dövründə aparılıb. Əsasən Sfinks ətrafında aparılan bu araşdırmalarda məqsəd qızıl əldə etmək idi. Xəlifə Məmundan sonra Misirdə Tulunilər, İxşidilər, Fatimilər və Məmlüklər dövründə çox sayda məzar açılmış və sərvətinə dövlət adına əl qoyulmuşdu.
Bir sərdabədən çıxan sərvətin miqdarını öyrənmək üçün belə bir misal vermək kifayətdir. 1922-ci ildə Firon Tutanhamonun məzarından çıxan sərvət Misir Mərkəzi Bankında saxlanan qızıl rezevlərindən iki dəfə çox idi.
Firon qəbirlərinin ən çox talan edildiyi dövr isə XIX əsrdir. Bu dövrdə Avropa dövlətləri xüsusi cəsuslarını bölgəyə göndərib dəfinə axtarmışdılar. Külli miqdarda qızıl məhz bu dövrdə yağmalanmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar