Minval.info yazdı, problem həllini tapdı
Dünən Bakıda avtobus sürücüsünün sərnişinlərin həyatını təhükəyə atdığı barədə məlumat verdik.
Minval.info 40 nömrəli marşrut xətti ilə hərəkət edən 10-TG-311 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxsin eyni zamanda sərnişinlərlə kobud rəftarı barədə məqalə dərc edib. Belə ki, sürücü ona etiraz edənlərə “zor edirəm”, “yaxşı edirəm” kimi cavablar verib. Onu şikayət edəcəyini deyən sərnişinə isə “işvərənsən də…” deyib.
Bütün baş verənlər təfərrüatı ilə Minval.info saytında yer aldıqdan sonra məsələnin həllini tapdığı söylənilir.
Məlumata görə, daşıyıcı şirkətdən birbaşa şikayətçinin özü ilə əlaqə saxlanılıb və həmin sürücünün işdən uzaqlaşdırıldığı bildirilib.
Qeyd edək ki, bununla bir neçənci dəfədir, oxşar və fərqli problemlər saytımız vasitəsilə həll olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!

