Mingəçevirdə toyda bədbəxt hadisə
Toyda qadın dünyasını dəyişib.
Minval.info Report-a istinadən xəbər verir ki, hadisə Energetik yaşayış massivində yerləşən “Nur” şadlıq sarayında baş verib.
Belə ki, burada keçirilən toyun gedişində Yevlax rayonunun Tanrıqullar kəndindən olan adı hələki dəqiqləşdirilməmiş təxminən 50-55 yaşlı qadın qəfildən dünyasını dəyişib. Ona yardım üçün həkim briqadası çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qohumlar hüquq mühafizə orqanı nümayəndələrinə əlavə araşdırmalara ehtiyac olmadığını bildirib. Onların sözlərinə görə, qadın öz əcəli ilə gözlərinin önündə keçinib. Bundan sonra dünyasını dəyişən qadının meyiti toy məclisindən birbaşa Tanrıqullar kəndinə götürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!
Qeşm adasında partlayış səsləri: Gərginlik artır
Gəncədə qaz təchizatı yanğın səbəbindən dayandırıldı