Mingəçevirdə suya meydan: Kürü çayında rekord iştiraklı üzgüçülük yarışı baş tutdu
Mingəçevirdə Kür çayının sahilində təşkil olunan ‘Kürü keçək?! 5’ üzgüçülük yarışında 1000 metr məsafəyə üzmə yarışına start verilib.
Minval.info xəbər verir ki, bu yarışda 111 idmançı iştirak edir. Yarış, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə keçirilən bu tədbir, bu il rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə 616 nəfərin qatıldığı yarışda ən gənc iştirakçı 12, ən yaşlısı isə 79 yaşındadır.
Yarış, kişilər və qadınlar arasında 6 fərqli yaş kateqoriyası üzrə keçirilir: 12-17 yaş, 18-23 yaş, 24-35 yaş, 36-55 yaş, 56-70 yaş və 71 yaşdan yuxarı. Hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.
Bu il yarış ilk dəfə iki fərqli məsafə üzrə təşkil olunur. 111 iştirakçı 1000 metr, 505 iştirakçı isə 350 metr məsafədə mübarizə aparacaq. İlk olaraq 350 metr məsafəyə üzmə yarışına start verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır