Milyonluq saatla bağlı daha bir iddia - Azərbaycanlı oliqarxın adı hallandı - Foto
İspaniyanın İbiza adasında milyon funt sterlinq dəyərində saatı oğurlanan gəncin kimliyi məlum olub.
Ölkə.Az-ın iddiasına görə, soyğun hadisəsinin qurbanı “Nortqaz” şirkətinin 61 yaşlı keçmiş sahibi, “Forbes” jurnalının Rusiya reytinqində 67-ci sırasında olan Fərhad Əhmədovun oğlu olub.
Oliqarx oğlu kimliyinin mətbuata sızmaması üçün İspaniya polisindən xüsusi xahiş də edib.

Xatırladaq ki, İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin milyon funt sterlinq dəyərində saatı oğurlanıb.
Qarətçi azərbaycanlıya bir neçə zərbə vurduqdan sonra onun saatını əlindən alıb.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Sözügedən saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Dəyəri 2,167,600 AZN-dir.
Dünyada ən bahalı saatlardan biridir. Bu saatlar çox yüngül çəkiləri ilə fərqlənirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026