Milli Qəhrəmanımız haqda film çəkilir - Atasından açıqlama
2016-cı il aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin komandiri, polkovnik-leytenant Murad Mirzəyevin döyüş yolundan bəhs edən film çəkilir.
Bunu Moderator.az-a açıqlamasında şəhidimizin atası Telman Mirzəyev deyib. Şəhid atası uşaqlıqdan oğluna komandir dediyi üçün elə filmin də adını “Komandir” qoyduqlarını bildirib:
“Filmin çəkilişlərinə başlanılıb. Bir neçə gün öncə gəlib rayonda Muradın doğulduğu evdə çəkiliş etdilər. Sonra isə Bakıda çəkilişləri davam etdirirlər. Döyüşçü yoldaşları, yaxınları onun haqqında danışıblar. Film Mədəniyyət Nazirliyinin xəttiylə Bakı Kinostudiyası tərəfindən çəkilir. Filmin adını da “Komandir” qoyacaqlar, çünki uşaqlıqdan Murada komandir deyirdim və elə adı da burdan götürdülər”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Şəhid atası filmin çəkilməsində əməyi keçən hər kəsə təşəkkür edib:
“Filmin çəkilməsində əziyyəti olan hər kəsə təşəkkür edirəm. Biz də bir şəhid ailəsi kimi bu cür şeylərlə təsəlli tapırıq. Özüm təzə əməliyyat olundum və indi ev şəraitində müalicə olunuram. Hamınız var olun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var