Milli parkda ceyranın tələf olmasının səbəbləri açıqlandı

Zəif fərdlərin təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur
Şirvan Milli Parkında ceyranın yaralanması ilə bağlı sosial şəbəkədə yayılan məlumatla bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Minval.info-ya açıqlamasında bildirib ki, dünən Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyran tutularaq baytar tərəfindən müayinə olunub. İlkin yardım göstərilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb.
Xidmət rəsmisinin sözlərinə görə, ceyrandakı xəsarət güllə yarası deyil.
“Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir”.
A.Səmədova bildirib ki, populyasiyada itkinin olmaması mümkün deyil, nisbətən zəif fərdlərin xəstəlik, yırtıcı təqibi və s. təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur və bu hadisə ilk dəfə baş verən hadisə deyil.
ƏLAQƏLİ
Hakimiyyətin zirvəsindən həbsxanaya - Alimpaşa Məmmədovun korrupsiya dosyesi
“Unutmamalıyıq ki, ceyran həm də milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Lazeroloq Fərid” qadının intim görüntülərini paylaşdı – ŞOK VİDEO
Hakimiyyətin zirvəsindən həbsxanaya - Alimpaşa Məmmədovun korrupsiya dosyesi
VACİB"MoveShort" piramidasının ifşası – Yeni həbslər olacaq