Eks-sədrin Almaniyadakı milyonluq biznesi ifşa olundu: 47 mənzilli yaşayış binaları tikdirir!
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin keçmiş rəhbərliyi ilə bağlı beynəlxalq miqyaslı sensasion maliyyə faktları ortaya çıxıb.
Qurumun sabiq sədri Saleh Məmmədovun Avropada, xüsusilə Almaniyada genişmiqyaslı tikinti və biznes fəaliyyəti ilə məşğul olduğu bəyan edilib.
Minval.info xəbər verir ki, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli keçmiş məmurun xaricdəki gizli mülkləri və investisiyaları barədə rəsmi fotosənədləri öz sosial şəbəkə hesabında ictimaiyyətə təqdim edib. Jurnalistin əldə etdiyi gizli sənədlərə əsasən, S.Məmmədov Almaniyada böyük bir şəriklik sazişi çərçivəsində ümumilikdə 47 mənzildən ibarət 2 nəhəng yaşayış binasının inşasını maliyyələşdirir.
Avropanın göbəyində aparılan bu tikinti layihəsinin ümumi investisiya və bazar dəyərinin təxminən 13-15 milyon avro (cari məzənnə ilə milyonlarla manat) civarında qiymətləndirildiyi bildirilir. Rəsmi memarlıq və tikinti planlarına istinadən verilən məlumata görə, binaların inşasının sürətlə davam etdirildiyi və yaşayış kompleksinin 2027-ci ilin yayında və ya payız aylarına doğru tam şəkildə təhvil verilməsinin planlaşdırıldığı qeyd olunur. Araşdırmaçı jurnalist həmçinin layihənin rəsmi təsdiqlənmiş şəkillərini və orijinal sənədlərini də sübut kimi ictimaiyyətlə bölüşüb.
Xatırladaq ki, Saleh Məmmədov 2017-ci ildən etibarən uzun illər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb və bu ilin fevral ayında dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad edilib. Sabiq sədr və yaxın ətrafı isə sosial şəbəkələrdə və mediada yayılan bu ciddi ittihamlar, həmçinin milyonluq Avropa biznesi ilə bağlı hələlik hər hansı rəsmi açıqlama verməkdən boyun qaçırır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİB"MoveShort" piramidasının ifşası – Yeni həbslər olacaq
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR
Azərbaycana gələn turistlərin sayı azalıb
Erməni ordusunda HÜCUM silahları - Kimə tuşlanacaq?