Mikayıl Cabbarov: “Bu gün çoxlu İT mütəxəssisinə ehtiyacımız var”
“Lazımi sayda mütəxəssis olmasa, yeni İT şirkətləri yaranmayacaq, mövcud şirkətlər isə kadr çatışmazlığı ilə üzləşəcək. Demək, kifayət sayda şirkətlər və müvafiq olaraq, iş yerləri olmasa, yeni mütəxəssislər də meydana çıxmayacaq”.
Bunu “Report” İnformasiya Agentliyinə müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir vurğulayıb ki, dövlətin iştirakı olmadan ixtisaslı kadrların sürətli və səmərəli şəkildə hazırlanması mümkün deyil.
“Odur ki, yeni peşəyə yiyələnməyə hazır olan, bu sahəyə maraq göstərən insanlar üçün tələb olunan İT ixtisasları üzrə təlimlərə başlanılması qərara alınıb.
Azərbaycan artıq rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində vacib addımlar atıb. Buraya məktəblərdə rəqəmsal bacarıqların öyrədilməsi, elektron hökumətə keçid, zəruri İT infrastrukturunun yaradılması və modernləşdirilməsi daxildir. Amma başa düşmək lazımdır ki, bunların həyata keçirilməsindən nəticəni uzunmüddətli perspektivdə əldə edəcəyik. Hazırda əla kadrlarımız var, lakin bu, ölkədə keyfiyyətli sıçrayışı təmin etmək üçün kifayət deyil. Operativ şəkildə effekt əldə etmək üçün bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var”, – deyə Mikayıl Cabbarov qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Sosial şəbəkələrdə yayılan videolardan danışdı
Azərbaycanda karantin qaydaları sərtləşdiriləcək — RƏSMİ
Sahil Babayev Qarabağ əlillərini qəbul etmir
Qaydanı pozsalar da, məsuliyyət daşımırlar
“ASAN xidmət” və “ASAN Kommunal” iki gün işləməyəcək
Zakir Həsənov Mxitaryan haqqında: "Bir qəpiklik futbolçu deyil" - VİDEO