Rusların kütləvi axını: Azərbaycan da hədəfdə!
Ermənistanda Rusiyada mümkün yeni səfərbərliklə bağlı iddialar gündəmə gəlib. Bildirilir ki, oktyabr ayında Rusiyada genişmiqyaslı səfərbərlik elan olunacaq və bu səbəbdən yüz minlərlə rus İrəvana köçərək kirayə ev axtaracaq.
Minval.info xəbər verir ki, belə bir ssenari reallaşarsa, rusların bir hissəsinin Azərbaycana da üz tutması ehtimalı var. Politoloq Züriyə Qarayeva qeyd edir ki, 2022-ci ildə olduğu kimi, əsas miqrasiya istiqamətləri Ermənistan, Gürcüstan, Qazaxıstan və Türkiyə olacaq. Lakin Azərbaycanın da bu axından tamamilə kənarda qalacağını demək olmaz. Ölkəmizə qohumluq, işgüzar və şəxsi əlaqələri olan, xüsusilə informasiya texnologiyaları, maliyyə və xidmət sahələrində çalışan rusların gəlməsi mümkündür.
Politoloq əlavə edir ki, kütləvi axın regionda kirayə qiymətlərinin bahalaşmasına, xidmət sektorunda tələbatın artmasına və əmək bazarında rəqabətin güclənməsinə səbəb ola bilər. Müəyyən sayda ixtisaslı mütəxəssisin gəlməsi iqtisadi fəallıq yaratsa da, nəzarətsiz miqrasiya təhlükəsizlik, qanunsuz məşğulluq və maliyyə əməliyyatları baxımından əlavə risklər doğuracaq. Azərbaycan üçün əsas məsələ ölkəyə gələn şəxslərin qeydiyyatının və fəaliyyətinin ciddi şəkildə yoxlanılmasıdır. Düzgün idarəetmə olduğu halda bu proses iqtisadi imkan yarada bilər, lakin axın böyük və nəzarətsiz olarsa, xüsusilə Bakıdakı mənzil bazarı və sosial xidmətlər üzərində təzyiq artacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi