Meyxananı qumar və yamanlıqla müqayisə edən Baba Vəziroğlunun qalmaqallı videosu yayıldı – Video
Minval.info // “Faciə ondadır ki, keçmişdən bu günə qədər gəlib çatan meyxanalar kiçik kişi məclisindən, çevrədən çıxıb, böyük auditoriya, televiziya ekranlarına daxil olub. Bəzi insanlar pis şeylərə, yamanlığa meyilli olur, o cümlədən narkotik vasitələrə, qumara və meyxanaya”.
Xatırladaq ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Baba Vəziroğlu meyxana ilə bağlı mövzuya münasibət bildirərkən “Yeni Müsavat”a açıqlamasında demişdi. Həmçinin B.Vəziroğlu meyxanaların ekranlara çıxarılmasının əleyhinə olduğunu da qeyd etmişdi:
“Bu baxımdan düşünürəm ki, meyxanaçılardan deyil, televiziya rəhbərlərindən izahat alınmalıdır ki, meyxanalara bir daha yer verilməsin, olmaz. Yüksək ali tribunadan kiçik dar çərçivə üçün nəzərdə tutulmuş meyxananın ekranlara çıxarılması yolverilməzdir”.
Onun bu açıqlamaları meyxana ətrafındakı müzakirələri bir daha gündəmə gətirib. Belə ki, sosial şəbəkələrdə Baba Vəziroğlunun illər öncə Lider TV-də jürilik etdiyi “Söz kəsəri” adlı meyxana yarışması verilişindən video görüntü yayılıb.
İzləyicilər Baba Vəziroğlunun son açıqlamaları ilə illər öncə meyxana yarışmasındakı canfəşanlığı arasında uyğunsuzluq olduğunu qeyd edib, tənqidlər yağdırıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ Dövlət Katibi Azərbaycanla bağlı bəyanat verdi
Azərbaycanda meşələrə kameraların quraşdırılacağı qaydalar açıqlanıb
İlqar Məmmədovla bağlı qərarın DETALLARI
Qulu Məhərrəmli Mirşahini və telekanal rəhbərlərini debata çağırdı - VİDEO
Yeni komitə sədri kadr islahatına başlayır: Kimlər gedir?
"Bu yaş qrupunda olan insanlar narahat olmasın"