Meyvə-tərəvəz bolluğu qiymətləri niyə ucuzlaşdırmır? – Ekspertlərdən maraqlı açıqlamalar
Yay aylarında bazarlarda meyvə-tərəvəz bolluğu müşahidə olunsa da, qiymətlərin yüksək səviyyədə qalması diqqət çəkir. Adətən məhsulun bol olduğu dövrlərdə qiymətlərin azalması gözlənilsə də, bu il bir çox məhsulda ciddi ucuzlaşma baş verməyib.
Minval.info xəbər verir ki, iqtisadçı Akif Nəsirli qiymətlərin təkcə məhsul bolluğundan asılı olmadığını vurğulayıb. Onun sözlərinə görə, istehsaldan istehlakçıya qədər olan bütün mərhələlərdə yaranan xərclər qiymətlərin formalaşmasında mühüm rol oynayır. Daşınma, saxlanma, topdansatış və pərakəndə satış mərhələlərindəki xərclər qiymətlərin yüksəlməsinə səbəb olur.
Ekspert əlavə edib ki, yanacaq, logistika, qablaşdırma materialları və əməkhaqqı kimi əməliyyat xərclərinin artması məhsulun maya dəyərini artırıb. Fermerlər məhsulu əvvəlki illərdəki qiymətlərlə istehsal etsələr də, bazara çatdırmaq daha baha başa gəlir.
Nəsirli, bəzi məhsulların ixracının artmasının daxili bazarda təklifin azalmasına səbəb olduğunu da qeyd edib. Xarici bazarlarda daha yüksək qiymətlər təklif edildiyi üçün istehsalçılar məhsulun bir hissəsini ixraca yönəldirlər ki, bu da daxili bazarda qiymətlərin sürətlə ucuzlaşmasına mane olur.
Hava şəraitinin də qiymətlərə təsir etdiyini bildirən ekspert, yaz və yay aylarında qeyri-sabit hava şəraitinin məhsuldarlığı azalda biləcəyini və satış üçün yararlı məhsulun həcmini aşağı sala biləcəyini deyib.
Vasitəçilərin də qiymət fərqinin yaranmasında rol oynadığını vurğulayan Nəsirli, fermerdən çıxan məhsulun qiyməti ilə bazarda istehlakçıya təqdim olunan qiymət arasında ciddi fərqlərin olduğunu bildirib. Bu fərqlər daşınma və saxlanma xərcləri ilə yanaşı, topdansatış və pərakəndə satış mərhələlərində formalaşan əlavə marjalarla da bağlıdır.
Ekspert yaxın həftələrdə mövsümi məhsulların yığımının pik həddə çatması ilə bəzi meyvə və tərəvəzlərin qiymətində müəyyən ucuzlaşma ola biləcəyini, lakin bu tendensiyanın bütün məhsul qruplarını əhatə etməyəcəyini qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Göyçə gölündə tornado: Nadir təbiət hadisəsi!
Şəhid atası: Qürur və fəxarət dolu həyat
Qaraçuxurda 10 illik kanalizasiya problemi bitmir!
Turizm "yetim" vəziyyətdə: Sərhədlər bağlandı!
Uşaq oyuncaqlarında Müşviq Şahverdiyevin mahnısı səslənir
BYD 183 min avtomobilini geri çağırır
Bəy Mamed"də villa iddiaları yalanlandı