Meymunçiçəyi ilə bağlı qorxunc araşdırma: Xəstəlik bədəndə bu qədər qala bilir
Meymunçiçəyi virusu bədəndə 10 həftə qala bilir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə aparılan yeni araşdırmada meymunçiçəyi virusunun bədəndə 10 həftəyə qədər qala biləcəyi məlum olub.
Son həftələrdə Avropa ölkələrində başda olmaqla bir çox bölgədə ortaya çıxan meymunçiçəyi epidemiyası öz təsirini artırıb. İngiltərədəki elm adamları xəstəliyin 10 həftə bədəndə qala biləcəyini müəyyən edib.
Mütəxəssislər vurğulayıblar ki, bu xəstəlik yox olduqdan sonra da orqanizmdə qala bilər və meymunçiçəyi virusuna uşaqlarda nadir rast gəlinir.
Qeyd edək ki, İngiltərədə bu günə qədər virusa 71 yoluxma aşkar edilsə də, onların əksəriyyətinin gey və biseksual insanlarda görüldüyü vurğulanıb.
Hava hissəcikləri ilə ötürülən xəstəliyin əlamətlərinə yüksək hərarət, baş ağrısı, əzələ və bel ağrıları, limfa düyünlərinin şişməsi daxildir. Ən əsas simptomları üzdə, ayaq altı və ovuclarda şişlikdir. Virus adətən yüngül simptomlarla keçsə də, bəzi hallarda ölümcül ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tofiq Zülfüqarov: “Türkiyə çox məntiqli və çox düz addım atdı”
S.Novruzov: "Prezident problemli kreditlərin həlli ilə bağlı göstəriş verib"
11 ildən sonra İLK DƏFƏ - Müdafiə nazirləri bu məsələləri MÜZAKİRƏ ETDİ
İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul etdi (FOTO)
Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib
Bakıdakı dəhşətli yanğının görüntüləri yayıldı – VİDEO