“Meydan TV”nin jurnalistlərinə qadağa götürüldü
Bu gün, mayın 6-da dörd jurnalist Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dəvət olunub və burada onlara bildirilib ki, ölkədən çıxışlarına qoyulmuş qadağa götürülüb.
Minval.info “Turan”a istinadən xəbər verir ki, həmin qadağa dörd il ərzində – 2015-ci ildən qüvvədə idi.
“Bizi idarə rəisi Eldar Əhmədov qəbul etdi və özünün imzaladığı bildirişi təqdim edərək bildirdi ki, ölkədən çıxışa qoyulmuş qadağa zərurətin aradan qaldırılması səbəbindən götürülüb”, – jurnalist Natiq Cavadlı agentliyə deyib.
Ondan başqa, analoji bildirişi İzolda Ağayeva, Səlimə Cəlilova və Rasim Qaraca alıblar. Gözlənildiyinə görə, yaxın vaxtlarda ölkədən çıxışa qoyulmuş qadağa “Meydan TV” üçün materiallar hazırlamış daha ən azı səkkiz jurnalist barəsində ləğv ediləcək.
Ölkədən çıxışa qoyulmuş qadağa “Meydan TV” internet portalı ilə əməkdaşlıq etmiş jurnalistlər qrupu barəsində cinayət işi ilə bağlı tətbiq edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bu maşınların istifadəsi qadağan ediləcək
Əli Həsənova bağlı daha 2 şirkət ləğv olundu
İşıqla bağlı son xəbər
Bakı çimərliyində villa hasarları söküldü - Fotolar
Sabaha olan hava proqnozu açıqlandı
Göyçayda şagirdi tərəfindən bıçaqlanan müəllimin - Fotoları
Deputat ərəb turistləri “tör-töküntü” adlandırdı