03.09.2026 - 15:26
Kriminal 24 baxış

Mexikoda tanınmış bəstəkar və ailəsi qətlə yetirildi

Meksikanın paytaxtı Mexikoda dəhşətli bir qətl hadisəsi baş verib. Lüks penthaus mənzilində tanınmış bəstəkar Conatan Melendez və ailəsi faciəvi şəkildə qətlə yetirilib.

Minval.info xəbər verir ki, mənzildə silahla vurulmuş dörd nəfərin meyiti aşkarlanıb. Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub və səlahiyyətlilər, Melendezin 6 yaşlı uşağının hadisə yerində sağ-salamat tapıldığını bildiriblər.

Məlumata görə, iki naməlum şəxs klaviatura ifaçısı, 38 yaşlı bəstəkar Conatan Melendezi və onun ailəsini qətlə yetiriblər. Həyatını itirənlər arasında bəstəkarın həyat yoldaşı, 3 yaşlı qızı, evin köməkçisi və iti olub. Melendezin həyat yoldaşı Ana Paolanın təxminən dörd aylıq hamilə olduğu bildirilib.

Meksika Baş Prokurorluğu qurbanların və ailənin ev heyvanının yapışqanlı lentlə bağlanmış vəziyyətdə tapıldığını açıqlayıb. Bəyanatda 3 yaşlı bir qız və daha iki nəfərin başından güllələnərək öldürüldüyü, bir nəfərin isə kürəyindən güllələndiyi bildirilir. Hadisə ilə bağlı iki şübhəlinin saxlanıldığı və araşdırmanın davam etdiyi qeyd olunur.

Conatan Melendez, Meksikanın tanınmış indi-rok və sinti-pop qrupu olan Camilo Séptimo-nin yaradıcılarından biri olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: