“General Hospital” 20 min manat cərimə edildi
Bakının Qaraçuxur qəsəbəsində yerləşən “Seymur-M” MMC-yə məxsus klinikada yoxlama aparılıb. Publika.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsi tərəfindən “General Hospital”da həyata keçirilən plandankənar yoxlamada lisenziyasız özəl tibb fəaliyyəti faktı aşkar edilib.
Bu səbəbdən MMC haqqında İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi əsasında protokol tərtib edilib və Suraxanı Rayon Məhkəməsinin qərarı ilə müəssisə 20 min manat cərimə olunub.
Qeyd edək ki, “Seymur-M” MMC-nin vəzifəli şəxsləri saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə ittiham olunublar. Baş Prokurorluğun məlumatına görə, MMC-nin təsisçisi və direktoru Rüstəm Mikayılov və digər şəxs Səmayə Əşrəfova rüşvət almaqda və saxta sənədlər təqdim etməkdə təqsirli biliniblər.
ƏLAQƏLİ
Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Toplanmış sübutlar əsasında Rüstəm Mikayılova və Səmayə Əşrəfovaya müxtəlif cinayət maddələri üzrə ittiham elan edilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü
Milyarder Süleymanovun işində killerlər ortaya çıxdı: İki nəfər həbs edildi
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib