Metro keçidlərindəki bəzi apteklər və ticarət obyektləri bağlandı - FOTO
Bu gündən etibarən Bakı Metropoliteni fəaliyyətini tamamilə dayandırıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün metro bu il aprelin 20-nə qədər bağlı olacaq.
Musavat.com xəbər verir ki, artıq metro girişlərində fəaliyyət göstərən bəzi apteklər və ticarət yerləri də fəaliyyətlərini dayandırıblar. Bu gündən etibarən bir çox metro keçidlərində bu kimi obyektlər fəaliyyət göstərmir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Musavat.com-a bildirdi ki, metro keçidlərində bu kimi obyektlərin fəaliyyəti ilə bağlı tam məlumata sahib deyil: “Lakin bu gündən etibarən metro işləmir. Həmin girişlərdə fəaliyyət göstərən obyketlərə də yəqin ki, müştəri gəlmədiyi üçün qapadıblar”.
Onu da bildirək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarında aptektlərin fəaliyyətinin məhdudlaşdırılması nəzərdə tutulmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"