Metro bu tarixdən səhər saat 6-da fəaliyyətə başlayır
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət normallaşmağa başlayıb. Belə ki, artıq gündəlik yoluxanların sayı 7-8 dəfə aşağı düşərək 500-600 arası dəyişib. Bu azalma ölüm hallarında da müşahidə olunur.
Sağalanların sayında isə xeyli artım var. Belə ki, Azərbaycanda son sutkada koronavirusa 519 yeni yoluxma faktı qeydə alınıb, 1276 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. Bu gün səsləndirilən fikirlərdən biri də yanvarın 18-dən sonra metronun fəaliyyətə başlamasıdır. Yanvarın 18-dən sonra metro fəaliyyətə başlayacaqmı?
Bununla bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bununla bağlı bizə heç bir məlumat verilməyib:
“Yanvarın 18-də metronun açılması ilə bağlı Operativ Qərargah tərəfindən bizə məlumat daxil olmayıb.
Biz həmişəki qaydada fəaliyyətimizə davam edirik. Bilirsiniz ki, pandemiya və karantin rejimi ilə bütün qərarları Operativ Qərargah verir. Əgər hər hansı ikinci qərar olmasa, yanvarın 31-i saat 6-da metro fəaliyyətə yenidən başlayacaq”.
(sonxeber)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda "Ford"un təkəri çalaya düşdü, iki dəfə çevrildi - VİDEO
Rusiya ordusu insanların sıx olduğu mərkəzi bazarı vurub
Bakının mərkəzində adam güllələndi
Komandiri ilə birgə şəhid olan Oktayın həyat hekayəsi...
Pensiyalar haqda qanunda dəyişiklik qüvvəyə mindi
Xəzərdə zəlzələ olub
