Metabolizmanın pisləşməsinə yaş səbəb olmur

Araşdırmalar sübut edib ki, metabolizmanın pisləşməsinə yaş səbəb olmur. Belə ki, metabolizmanız 20 yaşında işlədiyi kimi 60-da da ola bilər.
Minval.info xarici mediaya istinadən xəbər verir ki, yaş artıqca daha çox yeməyə və az hərəkət etməyə başlayırıq. Metabolizmanın fəaliyyəti 30 yaşdan sonra yavaşlamağa başlayır. Buna səbəb isə yeməkdir.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Alimlər 6500 insan arasında 40 illik araşdırma aparıblar. Məlum olub ki, metabolizmanı 20 yaşda olduğu kimi 60 yaşda da sabit saxlamaq mümkündür.
Yaş artdıqca daha çox yeməyə, yağlı və xəmir xörəklərinə meyl artır. Buna görə də çalışın yemək həddinizi nəzarətdə saxlayın.
Bəzən zövq almaq üçün yediyiniz çips, tum, çərəzlər, əslində iştahı açır. Əgər acsınızsa, çalışın sizi doyduracaq yeməklər yeyin.
Çalışın süd məhsullarını qida rasionunuzda daha da bol edin. İdman edin, əgər buna vaxtınız yoxdursa təmiz havada gündə 40 dəqiqə gəzin.
Səhər yeməyindən 2 saat sonra yenidən aclıq hiss edə bilərsiniz. Bu zaman meyvə və ya badam yeyin. Gün ərzində ən sonuncu yeməyi axşam saat 7-də bitirməyə çalışın. Ondan sonra acsanız, süd için. Qidalanmanıza fikir versəniz, 70 yaşında belə metabolizmanızın yaxşı çalışdığını görəcəksiniz.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar