Messinin Neymara görə qanı qaralıb
“Barselona” komandasının liderləri PSJ-nin hücumçusu Neymarın transferi ilə bağlı klubun prezidenti Xosep Bartomeunun yaxşı danışıq aparmadığından şikayətlənirlər. Hamıdan çox kapitan Lionel Messi narahatdır.
Bu barədə “Lenta.ru” yazır.
Məlumata əsasən, X.Bartomeu oyunçularla görüş zamanı parislilərin 140 milyon avroluq təklifi rədd etdiklərini bildirib. Futbolçular isə hesab edirlər ki, klub prezidentinin ötən mövsümün sonunda, nə olursa-olsun, Neymarı qaytaracağına dair söz verdiyinə baxmayaraq, braziliyalını qaytarmaq üçün yetərincə səy göstərilmir.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Hazırda “Barselona”lılar artıq PSJ forvardını ala bilməyəcəklərinə əmindirlər. Onlar Madridin “Real” komandasının Neymarı onlardan tez alacağından ehtiyat edirlər. Bu, Messini çox narahat edir, çünki o, hesab edir ki, komandanın gücləndirilməsi üçün Neymarı almaq zəruridir.
Məlumata əsasən, “Real” Neymarın müqabilində Parisin PSJ komandasına iki futbolçusunu (qapıçı Keylor Navas, hücumçu Luka Yoviç) və 120 milyon avro təklif etməyi planlaşdırır.
oxu.az
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var