Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
Baku.ws-ın məlumatına görə, vəzifəli şəxslərin hədiyyə alması və sadə qonaqpərvərlikdən istifadə etməsi ilə bağlı yeni məhdudiyyətlər müəyyənləşir. Bu dəyişikliklər “Maraqlar toqquşması haqqında” Qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, hədiyyə alma və qonaqpərvərliklə bağlı məhdudiyyətlər “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə tənzimlənəcək. Vəzifəli şəxslər qəbul etdikləri hədiyyə və ya qonaqpərvərlik barədə məlumatları üç iş günü ərzində səlahiyyətli subyektlərə təqdim etməli olacaqlar.
Bu məlumatlar hədiyyənin adı, növü, qiyməti, verilmə məqsədi, tarixi və verən subyektin kimliyi ilə bağlı olmalıdır. Əgər səlahiyyətli subyektlər qanun pozuntusu əlamətləri aşkar edərsə, hədiyyənin dəyəri qiymətləndirilmək üçün tələb edilə bilər.
Səlahiyyətli subyektlər hədiyyələrin qeydiyyatını aparır və qanun pozuntusu müəyyən edildikdə tədbirlər görürlər. Əgər hədiyyə maraqlar toqquşmasına səbəb olarsa, geri qaytarılması və ya qurumun balansına keçirilməsi qərarı verilə bilər.
Vəzifəli şəxslər hədiyyə qəbul etməkdə çətinlik çəkdikdə və ya maraqlar toqquşmasına səbəb olduğunu düşündükdə, konfidensial məsləhət almaq hüququna malikdirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məmurlar hansı hallarda ianə ala bilərlər?
Netanyahu İsraildə seçkilərdən sonra sağ birliyə çağırdı
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu bloku öndədir
Vəzifəli şəxslər xidməti avtomobildən istifadə edə bilməyəcəklər
Filippin müdafiə naziri: ASEAN daxili fərqliliklərdən bölünməməlidir
İsraildə milli birlik hökuməti qurulacaqmı?
Nikolay Bordyuja: "Ermənistan ktmt-dən xaric edilməlidir"