28.10.2026 - 14:54
Azərbaycanın məzhəblərarası anlaşma modeli beynəlxalq müstəvidə örnək qəbul olunur
Dünya 178 baxış

Azərbaycanın məzhəblərarası anlaşma modeli beynəlxalq müstəvidə örnək qəbul olunur

Azərbaycanın müxtəlif dini məzhəblər və müsəlman icmaları arasında qurduğu dinc birgəyaşayış və həmrəylik modeli dünya miqyasında yüksək dəyərləndirilir. Baku.ws-ın məlumatına görə, bu barədə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Şeyxülislam Allahşükür Paşazadə danışıb.

Paşazadə qeyd edib ki, Əl-Əzhərin Böyük İmamı Əhməd ət-Təyyibin rəhbərlik etdiyi Müsəlman Ağsaqqalları Şurasının Bəhreyn Forumunda Azərbaycanın məzhəblərarası anlaşma modeli örnək kimi qəbul edilib.

O, vurğulayıb ki, ölkəmizdə mövcud olan bu tolerantlıq və mənəvi mühit hazırda beynəlxalq müstəvidə nümunəvi model kimi təşviq və tətbiq edilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: