28.10.2026 - 11:24
Nikolay Bordyuja: "Ermənistan ktmt-dən xaric edilməlidir"
Siyasət 188 baxış

Nikolay Bordyuja: "Ermənistan ktmt-dən xaric edilməlidir"

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) faktiki iştirak etmədiyi, lakin qəbul edilən qərarlara təsir göstərmək hüququnu saxladığı üçün bu təşkilatdan xaric edilməlidir.

Oxu.az-ın məlumatına görə, bu sözləri KTMT-nin sabiq baş katibi Nikolay Bordyuja “RIA Novosti”yə verdiyi müsahibədə bildirib.

Bordyujanın sözlərinə görə, Ermənistan KTMT-nin rəsmi tamhüquqlu üzvü olaraq qalır, baxmayaraq ki, təşkilatdakı iştirakını dondurub. Təşkilatın qərarları konsensus əsasında qəbul edildiyi üçün İrəvanın mövqeyi nəzərə alınmalıdır.

Bordyuja qeyd edib ki, Ermənistan KTMT üzvlük haqqını ödəmədiyi və təşkilatda iştirak etmədiyi üçün kənarlaşdırılmalıdır. “Onlar ciddi tərəfdaşdırlarsa, sadəcə olaraq çıxmalıdırlar”, – deyə o bildirib.

KTMT-nin hazırkı baş katibi Taalatbek Masadıkov da Ermənistanın xaric edilməsi məsələsinin təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 11-də Moskvada keçiriləcək iclasında müzakirə olunacağını vurğulayıb.

Xatırladaq ki, Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını dondurduğunu elan edib və üzvlük haqlarının ödənişini dayandırıb. Lakin təşkilatın nizamnaməsində üzvlüyün dondurulması mexanizmi yoxdur. Buna baxmayaraq, Ermənistan formal olaraq KTMT-nin üzvü olaraq qalır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: