Kral III Çarlzdan Oman sultanına jest: Məhəmməd peyğəmbərin hədisini səsləndirdi
İngiltərə kralı III Çarlz Oman sultanı Heytəm bin Tariqin şərəfinə Vindzor sarayında keçirilən ziyafətdə Məhəmməd peyğəmbərin Oman xalqı haqqında hədisini ərəb dilində səsləndirib.
Publika.az-ın məlumatına görə, bu barədə BBC xəbər yayıb. Tədbirdə Britaniya ilə Oman arasındakı uzun müddətli münasibətlər, strateji tərəfdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Kral III Çarlz çıxışında Omanın Hörmüz boğazının açıq saxlanılması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. O, Körfəz regionunda Omanın yürütdüyü konstruktiv neytrallıq siyasətinin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini vurğulayıb.
Kral çıxışı zamanı Məhəmməd peyğəmbərə aid edilən bir hədisi ərəb dilində oxuyub: “Əgər Oman xalqının yanına getsəydin, onlar səni nə təhqir edər, nə də döyərdilər”.
Çarlz həmçinin iqlim dəyişikliyi və süni intellektin yaratdığı imkan və risklərdən bəhs edib. O, resurslara çıxış uğrunda rəqabətin beynəlxalq nizamı sınağa çəkdiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ və İran arasında gərginlik: Tramp danışıqların olmadığını deyir
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır
Ölümsüz meduza yaşlanmanı geri çevirmək ümidini artırır
ABŞ vətəndaşı Stiven Habbard Rusiyada azad edildi
Putin ABŞ xüsusi elçisi Vitkofu Sankt-Peterburqda qəbul etdi