10.10.2026 - 15:08
Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb
İqtisadiyyat 146 baxış

Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb

Baku.ws-ın yazdığına görə, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Qazaxıstanın “White Hill Capital” vençur fondu ilə birgə yaratdığı “Tamar Vertures” MMC dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən alınan məlumata əsasən, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 45, mənzil 75 olaraq qeyd edilib. Şirkətin nizamnamə kapitalı 1 milyon ABŞ dolları təşkil edir və qanuni təmsilçisi “White Hill Capital”ın idarəedici ortağı Aslan Sultanovdur.

“White Hill Capital” fondu 2021-ci ildə yaradılıb və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir. Bu fondun Azərbaycan bazarına daxil olması ötən ilin sentyabr ayında Bakıda “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə keçirilmiş “INMerge 2025” İnnovasiya Sammitində imzalanan Təsis Müqaviləsi ilə gerçəkləşib.

Bu yeni fondun yaradılması, iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, innovasiya və startap sahəsində yeni imkanların açılması baxımından əhəmiyyətlidir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: