Mehriban Əliyeva Xalq artistini təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Polad Bülbüloğlunu təbrik edib.
Axşam.az xəbər verir ki, birinci xanım bu barədə sosial media hesabında yazıb:
“Azərbaycan Respublikasının Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğunu 75 illiyi və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Polad Bülbüloğlu yaradıcılığı insanların qəlbini mehribanlıq, nəciblik, yenilməz ruh yüksəkliyi kimi hisslərlə əhatə edir. Qeyri-adi istedadı və tükənməz enerjisi ona zaman çərçivəsi ilə məhdudlaşmayan gözəl əsərlər yaratmağa imkan vermişdir. Onun mahnıları müxtəlif nəslin nümayəndələri tərəfindən çox sevilir.
Dost və pərəstişkarlarının sevgi və hörmətini qazanmış parlaq və istedadlı şəxsiyyət Polad Bülbüloğluna möhkəm cansağlığı, doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram!”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Daha 526 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdi
Prezident Təhsil Nazirliyi ilə bağlı sərəncam verdi
"Bir həftədir yoluxmuşam, analiz verməyə getmirəm"
Bakıda növbəti “Abad həyət” istifadəyə verildi
Azərbaycanı bu payızda nə gözləyir?
Nazirlər Kabinetinin qərarı ilə "Bakı Metropoliteni" hərəkətə keçdi
Küləkli hava sabah da davam edəcək